Learning path • 0 video courses • 6 total modules (10–12 saat)
Heç olubmu ki, layihənin üzərində günlərlə işləyəsiniz, sonra "kiçik bir dəyişiklik" edib hər şeyi bərbad edəsiniz? Ctrl+Z kömək etmir, köhnə kod silinib. Çarəsizlikdən Layihə_Final_v2_Son.zip yaratmağa başlayırsınız. Bu dərs sizi bu xaosdan xilas edəcək. Biz proqramçıların "Zaman Maşını" olan Git-i öyrənəcəyik.
Siz faylı Ctrl+S ilə yaddaşa verəndə, bu yalnız diskdə qalır. Git bundan hələ xəbərsizdir. Bu dərsdə biz faylların Working Directory-dən Repository-yə gedən yolunu (Workflow) öyrənəcəyik. "Staging Area" anlayışını mənimsəyəcək və peşəkar "Commit" mesajları yazmağı öyrənəcəyik.
Siz artıq kodunuzu yaddaşa verməyi bilirsiniz. Amma əsl mühəndis səhvləri düzəltməyi də bacarmalıdır. Bu dərsdə biz Git-in daxili GPS-i olan HEAD pointerini öyrənəcəyik. Keçmişə necə baxmaq olar? (checkout) Səhvləri necə silmək olar? (reset) Tarixi pozmadan səhvi necə düzəltmək olar? (revert)
Bir mühəndis kimi bilirsiniz ki, böyük sistemlər modul-modul yığılır. Bu dərsdə biz ana layihəyə (main) toxunmadan, təhlükəsiz "qum qutuları" (Branches) yaratmağı öyrənəcəyik.
İndiyə qədər yaratdığınız bütün "Zaman Maşınları" (Repo-lar) yalnız sizin kompüterinizdə, lokal diskdə yaşayırdı. Əgər kompüteriniz xarab olsa, hər şey itəcək. Bu dərsdə biz kodumuzu GitHub-a (Buluda) köçürəcəyik. Amma bunu adi istifadəçi kimi yox, mühəndis kimi – SSH açarları ilə təhlükəsiz şəkildə edəcəyik. Siz origin, push, pull və clone əmrlərinin arxa planını öyrənəcəksiniz.
Real dünyada proqramlaşdırma komanda idmanıdır. Siz başqasının koduna toxunanda icazə almalısınız. Bu dərsdə biz Forking (Layihəni kopyalamaq), Pull Request (Kodumu qəbul et!) və Code Review (Kodun yoxlanışı) proseslərini öyrənəcəyik.